İki ildir axtarışda olan şəxslər tutuldu
08 İyl 2020 10:53
187

İki ildir axtarışda olan şəxslər tutuldu

Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Xızı rayonu Şurabad qəsəbəsi ərazisində törətdiyi cinayət hadisələrinə görə 2018-ci ildən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - bu maddə də nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə axtarışda olan Sumqayıt şəhər sakini Ağabala Səlimov yaşadığı şəhər ərazisində tutularaq RPŞ-nə gətirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Ağabala Səlimov ətrafında həyata keçirilən əməliyyat-istintaq hərəkətləri nəticəsində onun qeyd olunan hadisəni qohumu Samir Rzayev və tanışı Fariz Tağıyev ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında törətdiyi məlum olub.

Polis əməkdaşları tərəfindən S.Rzayev və F.Tağıyev də yaşadıqları Sumqayıt şəhəri ərazisində saxlanılaraq Xızı RPŞ-nin İstintaq Qrupuna təhvil veriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, A.Səlimov qohumu S.Rzayev və tanışı F.Tağıyev ilə qabaqcadan əlbir olaraq 2018-ci ilin iyul ayının 10-da Xızı rayonunun Şurabad qəsəbəsinə gələrək burada əvvəllərdən ədavəti olduğu Orxan Bayramovla mübahisə ediblər. Mübahisə nəticəsində həmin şəxslər O.Bayramova və tanışı Elbrus Atakişiyevə bıçaqla xəsarət yetirərək hadisə yerindən uzaqlaşıblar.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər