İki tondan artıq çətənə kolu məhv edildi
05 İyn 2020 09:57
223

İki tondan artıq çətənə kolu məhv edildi

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının  “Xaş-Xaş-2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Kortala   kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, ümumi çəkisi 2 ton 150 kiloqram yabanı halda bitən çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

İki tondan artıq çətənə kolu məhv edildi

Oxşar xəbərlər