İlham Əliyev: Bu, hər iki ölkənin iradəsi və siyasətidir

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev: Bu, hər iki ölkənin iradəsi və siyasətidir

Siyasət

28 Aprel 2025 16:53 258


"Münasibətlərin genişləndirilməsi hər iki ölkənin iradəsi və siyasətidir və bu səfərin əlaqələrin inkişafında xüsusi rol oynayacağına şübhə etmirəm".

Yenisabah.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkianla birgə mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib.

O, Azərbaycan və İranın beynəlxalq təşkilatlara üzvlük vasitəsilə bir-birini dəstəklədiyini vurğulayıb: Marqarita pizza

"İranla əməkdaşlıq bütün sahələrdə regional təhlükəsizliyə əsaslanır. İkitərəfli əməkdaşlıqla yanaşı, bizim regional və çoxtərəfli əməkdaşlıq üçün də xüsusi şərtlərimiz var. İqtisadi sahədə də müxtəlif əməkdaşlıqlar aparılır".

İlham Əliyev qeyd edib: “Cənab Pezeşkianın səfərindən əvvəl bizim çoxsaylı təmaslarımız olub və İranın yüksək rütbəli rəsmiləri ilkin razılaşmalar aparmaq üçün Azərbaycana səfər ediblər. BU görüşlərdə iki ölkə arasında həyata keçirilən birgə layihələrə baxış keçirilib. Bu qarşılıqlı səfərlər nəticəsində biz çox gözəl sənədlər hazırladıq və ümid edirik ki, bu əməkdaşlıq sənədləri gələcəkdə münasibətlərin inkişafına zəmin yaradacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!