İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı

Siyasət

16 Yanvar 2021 18:01 1014


Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. 

Yenisabah.az xəbər verir ki, bununla bağlı “Haber Global” Türkiyə Prezidentin Mətbuat xidmətinə istinadla məlumat yayıb. 

Telefon danışığı zamanı liderlər Türkiyə-Azərbaycan əlaqələri və regional məsələləri müzakirə ediblər.  Marqarita pizza

Ərdoğan Azərbaycanın haqlı mübarizəsi nəticəsində Dağlıq Qarabağda zəfər qazanmasının bölgəyə sülh və sabitlik üçün yeni imkanlar açdığını bildirib və bu yeni dövrdə Türkiyənin Azərbaycana bütün sahələrdə dəstəyinin davam edəcəyini deyib. 

Həmçinin Ərdoğan Azərbaycanın Ermənistanın işğalından azad etdiyi Dağlıq Qarabağda təmir və tikinti işlərinə başlamasından məmnun olduğunu əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!