“İlk vaxtlarda qəzet paylamışam, hətta bir barda döşəmələri...”

saytların hazırlanması

Evə çatdırılma

“İlk vaxtlarda qəzet paylamışam, hətta bir barda döşəmələri...”

İdman

08 Sentyabr 2026 12:16 94


“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Mançester Yunayted”lə keçiriləcək oyun öncəsi BBC-yə maraqlı müsahibə verib.

“Yeni Sabah” xəbər verir ki, litvalı mütəxəssis müsahibəsində İngiltərədə məşqçilik karyerasına başladığı ilk illərdə qarşılaşdığı çətinliklər və ailəsini dolandırmaq üçün gördüyü işlərdən söz açıb.

Dambrauskas həmin dövrdə futbol sahəsi ilə yanaşı, müxtəlif ağır fiziki və xidmət işlərində də çalışmalı olduğunu bildirib: Dördpendirli pizza

“Bağban, usta olmuşam, ilk vaxtlarda qəzet paylamışam, hətta bir barda döşəmələri cilalamışam. Çoxlu işlərdə çalışmışam. Mağazada, daha sonra idmanın inkişafı üzrə əməkdaş və menecer, həmçinin YMCA-nın mərkəzi ofisində işləmişəm. İki, üç, bəzən isə dörd işdə çalışırdım”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!