İncəsənət məktəblərinə işə qəbul: Növbəti mərhələyə keçənlərin sayı bilindi

saytların hazırlanması

Evə çatdırılma

İncəsənət məktəblərinə işə qəbul: Növbəti mərhələyə keçənlərin sayı bilindi

Sosial

10 Avqust 2023 17:42 997


Uşaq incəsənət və musiqi məktəblərində direktor, direktor müavini vəzifələri üzrə işə qəbulun test imtahanı mərhələsi üçün ümumi 86 nəfər namizəd qeydiyyatdan keçib.

Yenisabah.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeydiyyatdan keçənlərdən 83 nəfəri imtahanda iştirak edib, 37 nəfəri keçid balını toplayaraq növbəti mərhələdə iştirak hüququ qazanıb. Müəllimlərin işə qəbulu üzrə test imtahanı mərhələsi üçün ümumilikdə 1048 nəfər namizəd qeydiyyatdan keçib, onlardan 1026 nəfəri imtahana qatılıb, 511 nəfəri keçid balını toplayaraq növbəti mərhələdə iştirak haqqında sahib olub. pizza

Müsabiqənin müsahibə mərhələsində iştirak üçün qeydiyyat avqustun 20-dən culture.gov.az saytında aparılacaq.

Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə test imtahanında 35 bal toplamış namizədlər, Bakı, Sumqayıt və Gəncə şəhərlərində, Abşeron rayonunda yerləşən məktəblərdə işə qəbul olunmaq istəyən namizədlər istisna olmaqla, uğur qazanmış hesab edilirlər.

Bakı şəhərinin məktəbləri üzrə test imtahanlarında 49 bal toplamış namizədlər, Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərləri üzrə 42 bal toplamış namizədlər uğur qazanmış hesab olunurlar.

Simli alətlər – violonçel və kontrabas, klassik və milli nəfəsli alətlər, habelə xoreoqrafiya ixtisaslarına gəlincə isə, bu ixtisaslar üzrə Bakı şəhər məktəbləri üçün 44, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üçün 37, digər regionlar üzrə 30 bal müəyyən edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!