“İncəsənət aləmi çox etibarsızdır. Bu sənətin özünə aid deyil, onun ətrafı var ha... Açıq şəkildə deyirəm ki, biz sənətçilər bir-birimizə qarşı çox etibarsızıq. Birimiz digərinin xoş gününü istəmirik. Biri təzə nəsə alanda o biri gecəni yata bilmir. Qaşınma tutur, ona oldu, mənə olmadı. Ayaq qazmalar var. Tanımayan biri soruşanda pis nəsə deyib, gözdən salırlar. Amma məndən keçib artıq o şeylər. Məni maraqlandırmır, kim mənim barəmdə nə deyir, qoy desin”.
Yenisabah.az olay-a istinadla xəbər verir ki, bunu Əməkdar artist Gülşad Baxşıyeva “Düzünə qalsa” proqramında qonaq olarkən deyib.
G. Baxşıyeva çox vaxt kişilərin tərəfini saxladığını qeyd edib: “Mənə həmişə deyirlər ki, kişilərin tərəfini saxlayıram. İnsan kimi yanaşanda görürəm ki, onların da missiyası ağırdır. Ayrı-seçkilik edib, qadınlara haqq qazandırmayaq. Öz də indiki qadınlar var ha, məndə onlara qarşı allergiya var. Çox tələbkar olurlar, çünki rahatçılıqda yaşayırlar. Evin içində, başına su döymür. Bilmir pul necə qazanılır! Ürəyi istəyəndə çay içir, televizora baxır. pizza
Deyir, uşaq mənə əziyyət verməsin. Hamı bu yolu keçib də. İndiki gəlinlər hazır evə gedirlər. Deyir, mən istəyirəm həyat yaşayım, ərim məni təmin eləsin. Mənə elə gəlir ki, onlarda zehni baxımdan gerilik var. Gərək kişi gedib, oğurluq etsin? Onda sən də başsız qalacaqsan da. Əziyyətsiz bir həyat yaşamaq istəyirlər. Bütün günü salonlarda olmaq və s. Guya bu qadın yaşamaq istəyir, amma o kişi yox”.
Telegram kanalımız