İndoneziya sahillərində güclü zəlzələ baş verib.
Yenisabah.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Məlumata görə, zəlzələ 6 bal gücündə olub. Yeraltı təkanların episentri Qorontalo şəhərindən 155 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 109 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.
Telegram kanalımız