İndoneziyanın Papua əyalətində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunur ki, təbii fəlakətin episentri təxminən 134 min insanın yaşadığı Cayapura şəhərindən 179 km cənub-qərbdə, 46 kilometr dərinlikdə yerləşib.
İtki və dağıntılar barədə məlumat yoxdur.
Telegram kanalımız