İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun MQ1 pilotsuz uçuş aparatını (PUA) vurub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə məlumat SEPAH-ın "Telegram" kanalında yayılıb.
"Bu gün səhər tezdən ABŞ ordusunun bir MQ1 PUA-sı İranın ərazi sularına daxil olaraq əməliyyat keçirmək istəyəndə aşkar edilib və hava hücumundan müdafiə (HHM) sisteminin raketləri ilə vurulub", – məlumatda bildirilib. pizza hut
Bununla yanaşı, SEPAH ABŞ ordusuna xəbərdarlıq edib: "İranın ərazi sularının hava məkanı tam nəzarət altındadır və hər hansı pozuntunun qarşısı qətiyyətlə alınacaq".
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
Telegram kanalımız