İran istehsalı olan 15 dron Ukraynada məhv edildi 

saytların hazırlanması

Evə çatdırılma

İran istehsalı olan 15 dron Ukraynada məhv edildi 

Dünya

19 Avqust 2023 12:53 781


Ukrayna hərbçiləri bu gecə Rusiya ərazisindən atılan 17 kamikadze tipli pilotsuz uçuş aparatından 15-ni məhv edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb. 

“Bu gecə Rusiya Federasiyası İran istehsalı "Şahed-136/131" pilotsuz uçuş aparatlarından istifadə edərək Ukraynaya növbəti hava zərbəsi endirib. Bu terror aktının nəticələri ilə bağlı məlumatlar hələ də dəqiqləşdirilir”, - məlumatda deyilir.  Dominos pizza

Gecə saatlarında Ukraynanın mərkəzi və qərb bölgələrində hava xəbərdarlığı elan edilib. 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, son sutka ərzində Rusiya ordusu Ukrayna ərazisinə 3 raket və 41 hava zərbəsi endirib. Dinc əhali arasında ölən və yaralananların olduğu bildirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!