İran səfiri Lavrovun müavini ilə Qafqazdan danışdı

saytların hazırlanması

Evə çatdırılma

İran səfiri Lavrovun müavini ilə Qafqazdan danışdı

Dünya

13 Oktyabr 2023 16:22 350


İranın Rusiyadakı səfiri Kazem Cəlali Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.

Yenisabh.az Təsnim-ə istinadla xəbər verir ki, görüşdə iki ölkə arasında regional əməkdaşlıq prosesi nəzərdən keçirilib, habelə Cənubi Qafqaz regionunda baş verən son vəziyyətə nəzər salınıb.

Tərəflər Cənubi Qafqaz regionunun təhlükəsizliyinin və sabitliyinin qorunmasında region ölkələri arasında kollektiv qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayaraq, münaqişələrin həlli məqsədilə 3+3 formatı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!