İran sərhədində atışma: ölən var   - NƏ BAŞ VERİR?

saytların hazırlanması

Evə çatdırılma

İran sərhədində atışma: ölən var - NƏ BAŞ VERİR?

Dünya

22 Avqust 2026 21:36 105


Saravan bölgəsindəki İran sərhədçiləri silahlı qrupun ölkəyə sızma cəhdinin qarşısını alıb və hücum edənlərdən birini öldürüb.

"Yeni Sabah" xəbər verir ki, İran polisinin sözçüsü briqada generalı Səid Montazer əl-Mehdinin Mehr agentliyinə verdiyi məlumata görə, Saravan Sərhəd Mühafizə Alayının əsgərləri İrana soxulmaq və təxribat törətmək niyyətində olduğu iddia edilən silahlı qrupun hərəkətini görüblər.

Sərhədçilər qrupun yolunu bağlayıb və bu da silahlı toqquşmaya səbəb olub. Nəticədə iştirakçılardan biri öldürülüb, digərləri isə geri çəkilərək sərhədi keçiblər. Sezar pizza

İran təhlükəsizlik qüvvələri ərazidə axtarış apararkən silah və rabitə avadanlıqları aşkar edərək müsadirə edib./Ajans.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!