“Pepo” filmində səsləndirilən musiqi “Uzundərə” rəqsidir. Uzundərə Ağdamdan Şuşaya gedən yolun üzərində yerləşən bir ərazidir. Bu rəqsin adı da məhz elə həmin ərazidən gəlir”.
Bu sözləri “Yeni Sabah”a Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov deyib.
Onun sözlərinə görə, ermənilər Üzeyir Hacıbəylinin bir neçə əsərini oğurlayaraq özününküləşdiriblər: Marqarita pizza
“Vaxtilə “Üzeyir bəyin əsərləri talan olur”, “Üzeyir bəydən əl çəkin, cənablar” adlı məqalələr yazıb, qəzetlərdə çap etdirirdim. “Üzeyir Hacıbəyli və erməni sənətçilərin mədəni oğurluğu” adlı məqaləmdə isə birbaşa sizin qeyd etdiyiniz mövzuya toxunmuşam. Bu kimi faktları zamanında ifşa etmək lazım idi. Azərbaycan təəssüf ki, buna fikir verməyib və “qardaşlıq” deyə-deyə məsələni yola verib.
Əlbəttə, “Pepo” filmdəki musiqini Üzeyir bəydən oğurlanıb, həm də dünyaya yayıblar. “O olmasın, bu olsun” kimi həm musiqi, həm drammaturgiya, həm də bədii tərəfi çox mükəmməl nadir əsərlər var”.
Bəstəkar əlavə edib ki, Azərbaycanda Üzeyir bəyin əsərlərinə müəyyən etinasızlıq olub:
“Üzeyir bəy sağlığında şikayət edirdi ki, “Arşın mal alan” dünyanın 60 ölkəsində səhnəyə qoyulur, amma “Azərbaycan” Nəşriyyatı onu çap etmir. Halbuki “Azərbaycan” Nəşriyyatının başında duran Şövkət Məmmədova, Xurşid Qacar kimi xanımlar erməni Aram Xaçaturiyana, yəhudi Reynold Qliyerə zəng edib deyirdi ki, verin əsərlərinizi çap edək. Bakı onları çap etmək üçün xahiş edirdi, amma yanlarındakı Üzeyir bəyin dahi əsərinə etinasız yanaşırdı. Ona görə də, “O olmasın, bu olsun” əsəri kitab kimi 2007-ci ildə çap olundu. Bu kitab Almaniyanın Frankfurt şəhərində keçirilən kitab yarmarkasında mükafat aldı. Çox sevinirəm ki, gec də olsa, bu kitabı nəşr etdirə bildim.
Erməni bəstəkar Aram Xaçaturyan hər dəfə Üzeyir bəy haqqında gözəl sözlər deyirdi, amma “Arşın mal alan”da Gülçöhrənin ariyasını oğurlayıb, “Yerevan” mahnısı edib. Ermənilər belədir, pambıqla baş kəsirlər”.
Xatırlatma: Ermənistan kinematoqrafiyasının ilk səsli tammetrajlı ekran əsəri olan “Pepo” filmi ilə bağlı gözlənilməz məqam üzə çıxıb. 1935-ci ildə rejissor Amo Bek-Nazarovun Qabriel Sundukyanın 1876-cı ildə yazdığı pyes əsasında çəkilən filmdə bir neçə Azərbaycan musiqisindən istifadə edildiyi aşkarlanıb.
Filmin 55-ci dəqiqəsində səslənən musiqi 1956-cı ildə ekranlaşdırılan “O olmasın, bu olsun” filmindəki Məşədi İbadın ariyası ilə eynilik təşkil edir. Dahi bəstəkar Üzeyir Hacıbəyovun operettası əsasında məşhurlaşan bu melodiyanın illər öncə erməni filmində istifadə edilməsi böyük maraq doğurub.
Nazim Hacıyev
Telegram kanalımız