Flora Kərimovanın   SON DURUMU AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Flora Kərimovanın SON DURUMU AÇIQLANDI

Mədəniyyət

21 Avqust 2026 20:32 76


"Flora Kərimovanın səhhəti yaxşıdır, daim nəzarətdədir".

"Yeni Sabah" xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında Xalq artisti Flora Kərimovanın köməkçisi Yaqut İmanova sənətkarın sağlamlıq vəziyyəti, müalicəsiylə bağlı bildirib.

O qeyd edib ki, Xalq artistinin müalicəsi hazırda evində davam edir. Toyuqlu pizza

"Vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə həftədə bir dəfə “Liv Bona Dea” klinikasından həkimlər evə gəlir və Flora xanıma baş çəkirlər. Həmçinin Mehriban xanımın tapşırığı ilə hansı dərmanlar lazımdırsa, bitibsə, həkimlər həmin dərmanları xəstəxanadan götürürlər. Flora xanımın qanı, qanında maqneziumu, kalsiumu, qan azlığı, şəkəri ayda 2 dəfə yoxlanılır. Onun səhhəti yaxşıdır, həkimlər tərəfindən nəzarət altındadır".

Xatırladaq ki, Xalq artisti Flora Kərimova bir müddət əvvəl səhhətində yaranan problem səbəbilə xəstəxanaya yerləşdirilmişdi. Sənətkarın müalicəsi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!