“Azərbaycan Ermənistana hücum edəcək” iddiasına İrandan reaksiya

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan Ermənistana hücum edəcək” iddiasına İrandan reaksiya

Dünya

16 Oktyabr 2023 15:20 890


İran XİN ABŞ dövlət katibi Entoni Blinkenin "Azərbaycanın yaxın həftələrdə Ermənistana hücumu ilə bağlı qanunvericilərə xəbərdarlıq etməsi" iddiasına münasibət bildirib.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, nazirliyin sözçüsü Naser Kənani bununla bağlı deyib:

"Bu suala azərbaycanlı vəzifədaşlarımız cavab verməlidir". pizza

O. Kənani əlavə edib: "Qafqazda sülh və sabitlik İran üçün vacibdir. Fikir ayrılıqlarının siyasi yollarla həlli bütün region ölkələrinin maraqlarına uyğundur. Biz regional mexanizmi problemlərin həllinin yeganə yolu hesab edirik".

Xatırladaq ki, iddianı ABŞ-ın “Politico” nəşri ortaya atıb. Guya dövlət katibi E. Blinken konqresmenlərə xəbərdarlıq edib ki, "Azərbaycanın tezliklə Ermənistanın cənubunu işğal edəcək".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!