Böyük Britaniyanın nüfuzlu "Financial Times" nəşri öz mənbələrinə istinadən Yaxın Şərqdəki hərbi-siyasi gərginliyi artıracaq mühüm məlumat yayıb. Nəşrin iddiasına görə, İran İsrail və ABŞ-yə karşı olası hərbi qarşıdurmalarda istifadə etmək məqsədilə Rusiyaya müraciət edərək yeni nəsil pilotsuz uçuş aparatlarının (PUA) tədarükünü istəyib.
“Yeni Sabah” xəbər verir ki, Tehranın Moskvadan xüsusilə reaktiv mühərriklə təchiz olunmuş "Geran-4" və "Geran-5" model zərbə dronlarını almaq niyyətində olduğu bildirilir. Reaktiv mühərriklərlə işləyən bu yeni PUA-lar əvvəlki modellərlə müqayisədə daha yüksək sürətə, manevr imkanlarına və hava hücumundan müdafiə sistemlərindən yayınma qabiliyyətinə malikdir.
Mütəxəssislər qeyd edirlər ki, tərəflər arasında bu cür yüksək texnologiyalı hərbi texnika mübadiləsi baş tutarsa, bu, bölgədəki hərbi balanslaşdırmaya birbaşa təsir göstərəcək. İddia olunan tədarük məsələsi Moskva və Tehran arasında son dövrlər dərinləşən hərbi-texniki əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Dördpendirli pizza
Nazim Hacıyev
Telegram kanalımız