İranda dollar niyə bahalaşır? -   “İqtisadi model yazılmamış qanunlarla işləyir”

saytların hazırlanması

Evə çatdırılma

İranda dollar niyə bahalaşır? - “İqtisadi model yazılmamış qanunlarla işləyir”

Dünya

27 Fevral 2023 18:00 1718


“Dolların İranda bahalaşmasına səbəb birmənalıdır. Çünki İran nə qədər blokadada olsa da, onlar xarici ticarətdə iştirak edirlər və bu sahədə müəyyən bir payları var”.

Bu sözləri Yenisabah.az-a açqılamasında iqtisadçı Asif İbrahimli deyib.

O, İslam Respublikasında dolların riala nisbətdə bahalaşması barədə danışıb: Sezar pizza

"Azərbaycana kənd təsərrüfatı məhsullarının böyük hissəsi İrandan daxil olur. Eləcə də Rusiyaya gələn kənd təsərrüfatı məhsullarının böyük hissəsi Azərbaycan vasitəsilə İrandan gedir. İranın Türkiyə və İraqa da ixracları mövcuddur. Yəni qonşu ölkələr İrandan məhsul alışına qadağa qoymayıb”.

Mütəxəssisin sözlərinə görə, İranda dolların bahalaşması sözün həqiqi mənasında İran iqtisadiyyatına çox ciddi təsir göstərib:

“Hazırda müəyyən xidmətlərin dəyəri də aşağı düşməyə başlayıb. Bu, İranda süni bahalaşmanın baş verməsinə gətirib çıxarıb. İranın iqtisadi modeli daimi öz qanunauyğunluqları, habelə yazılmamış qanunlarla işləyir. Ona görə də İranda dolların artımı dərhal və süni şəkildə bir çox məhsulların qiymətinin qalxmasına səbəb oldu”.

A. İbrahimli xatırladıb ki, İranda dolların qiyməti oynayan kimi, ətin də qiyməti qalxdı:

“Xaricə ixrac etdikləri məhsulları dollar qarşılığında satdıqlarına görə bu, yerli bazara da təsir edib. İranda dolların bahalaşması Azərbaycana təsiri səbəbləri isə sadədir. Bir çox azərbaycanlı tədarükçü İrandan məhsul alır və hər dəfə dolların riala nisbəti artdıqda, bu, həmin məhsulların Azərbaycandakı satış qiymətinə təsir göstərir. Ən ucuz kənd təsərrüfatı məhsullarının alışı İrandan olduğu üçün bu, Azərbaycanda digər ölkələrdən gətirilən məhsulların qiymətində də artıma imkan vermir. Lakin qiymət artdıqca, artıq rəqabət balansı pozulur. Çünki İrandan gətirilən məhsullar rəqabətdə balans yaradır və digər məhsulların bahalaşmasına imkan vermir.

Bu, hazırda Azərbaycana çox ciddi təsir göstərməyə başlayıb. İranda belə bir şey də var ki, insanlar dollar və qızılı toplayırlar. Onlar əmlaklarını İran rialında yox, bilavasitə dollar və qızılda saxlamağa üstünlük verirlər”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!