İranda kritik həftə başladı: Əhali 3 gün…

saytların hazırlanması

Evə çatdırılma

İranda kritik həftə başladı: Əhali 3 gün…

Dünya

05 Dekabr 2022 09:06 5704


İranda etirazçılar bu həftə əhalini üç günlük tətilə çağırıblar və İranın baş prokuroru Məhəmməd Cəfər Montazeri "əxlaq polisi"nin ləğvini elan etdikdən sonra hakimiyyətə təzyiqləri gücləndiriblər.

“Yeni Sabah” bildirir ki, bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Lakin "əxlaq polisi"nə nəzarət edən ölkənin Daxili İşlər Nazirliyi onun ləğv olunduğunu təsdiqləməyib və İranın dövlət mediası bildirib ki, Montazeri polisin fəaliyyətinə nəzarət edən səlahiyyətli şəxs deyil. pizza mizza

Qeyd edək ki, İranda etirazlar hicaba görə saxlanılan 22 yaşlı Məhsa Əminin ölümündən sonra başlayıb. İran hüquq mühafizə orqanları etirazlarda iştirak edən 462 nəfəri qətlə yetirib. Bildirilib ki, ölənlərin 64-nün yaşı 18-dən az olan şəxslərdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!