İranda ötən sutkada koronavirusdan 97 nəfər ölüb
13 Yan 2021 15:59
105

İranda ötən sutkada koronavirusdan 97 nəfər ölüb

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID -19) infeksiyasından 97 nəfər ölüb. 

Yenisabah.az xəbər verir ki, bununla da İranda koronavirusdan ölənlərin sayı 56 457 nəfərə çatıb.

İranda ötən 24 saat ərzində 6 317 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 1 305 339 nəfərə yüksəlib.

Koronavirus daşıyıcılarından 4 469 nəfərin vəziyyəti ağırdır.

İranda indiyədək 1 094 388 nəfər koronavirusdan sağalıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər