İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahında terror aktını törədən Tacikistan vətəndaşı Rəhmətullah Novruzovla (kod adı Salman Əsləmyar) bağlı yeni təfərrüatlar üzə çıxıb.
Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, o, terror aktından əvvəl kiberməkanda İŞİD liderlərindən biri ilə əlaqə saxlayıb.
O, İŞİD-lə əməkdaşlığı üçün əvvəlcə Türkiyəyə gedib, orada faktiki olaraq İŞİD-in üzvü olub. Bundan sonra R. Novruzov Əfqanıstana yollanıb, orada 3 aya yaxın İŞİD-ə aid düşərgədə təlim keçib və terror əməliyyatı üçün tapşırıq alıb. Toyuqlu pizza
Telegram kanalımız