İrandan İsrailə xəbərdarlıq: Cavab ağır olacaq

saytların hazırlanması

Evə çatdırılma

İrandan İsrailə xəbərdarlıq: Cavab ağır olacaq

Dünya

09 Oktyabr 2023 14:08 8593


İranı təhdid edənlər hər hansı bir axmaq addım atılacağı təqdirdə dağıdıcı cavabla üzləşəcəklər.

Yenisabah.az Mehr News-a istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü Nasir Kənani deyib.

Onun sözlərinə görə, HƏMAS-ın işğal olunmuş torpaqlarda "Əl-Əqsa Tufanı" əməliyyatı sionist rejimin (İsrail) Məscidül-Əqsanı murdarlamaq üçün təkrarlanan hərəkətlərinə və Fələstin xalqına qarşı gündəlik cinayətlərə cavab idi.  Marqarita pizza

O bu əməliyyatda iştirakla bağlı İrana qarşı əsassız iddialara cavab verib: "Bu cür siyasi ittihamların irəli sürülməsi İsrailin məğlubiyyətindən qaynaqlanır və Qərbin sionist rejimin macəralarına dəstəyinə haqq qazandırır".

N. Kənani qeyd edib ki, İran və "Hizbullah"a qarşı iddialar irəli sürmək Böyük Britaniya və ABŞ-ın beynəlxalq məsuliyyətini azaltmır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!