İranlı general İraqı təhdid etdi

saytların hazırlanması

Evə çatdırılma

İranlı general İraqı təhdid etdi

Dünya

12 İyul 2023 11:13 985


İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagiri Məşhəddə SEPAH quru qüvvələri komandirlərinin illik konfransında çıxışı zamanı İraqın şimalında yerləşən müxalif kürd təşkilatlarına qarşı daha geniş hücumlar ediləcəyi ilə bağlı xəbərdarlıq edib. 

Yenisabah.az xəbər verir ki, o, İraq hökumətinin Kürdüstanda yerləşən İran müxaliflərini tərk-silah edəcəyinə söz veridiyini deyib:

“Əgər bu müddət keçsə və onlar tərk-silah edilməsələr, ya hər hansı əməliyyat keçirsələr, bu qruplara qarşı hərbi əməliyyatlarımız mütləq daha böyük intensivliklə təkrarlanacaq”. Pepperoni pizza

Qeyd edək ki, bundan əvvəl iyunun 12-də SEPAH Kürdüstan əyalətinin qərbində yerləşən Sərvabad bölgəsinə çox sayda qüvvə toplayıb, müxalif təşkilatların qərargahlarını artilleriya atəşinə tutub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!