“Tehranda 3+3 formatında xarici işlər nazirlərinin ilk görüşü Cənubi Qafqazüçün sülh, əməkdaşlıq və tərəqqi mərhələsidir”.
Yenisabah.az Fars News-a istinadla xəbər verir ki, bunu İran XİN-in rəhbəri Hüseyn Əmir Abdullahian bildirib.
O əlavə edib: "Bu, regional oyunçuların və qonşuların iştirakı ilə Cənubi Qafqazda sülhün bərqərar olması və təhlükəsizlik çağırışlarına son qoyulması yolunun təməl daşı ola bilər". pizza mizza
Xatırladaq ki, ötən il Moskvada 3+3 formatında XİN rəhbərlərinin müavinləri görüşüb. Bu dəfə Tehranda İran, Rusiya, Türkiyə, habelə Azərbaycan və Ermənistan xarici işlər nazirləri bir araya gələcək.
Gürcüstan tədbirdə iştirak etməyəcək.
Telegram kanalımız