İsmayıllıda qaydaları pozan sürücülər cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

İsmayıllıda qaydaları pozan sürücülər cərimələndi

Sosial

09 May 2021 19:11 966


İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhərin müxtəlif küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi məqsədilə gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, həyata keçirilən növbəti tədbir zamanı avtomobillərini müəyyən edilməyən yerlərdə park edən sürücülərlə izahedici söhbətlər aparıb.

Bu kimi halların digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olduğu onların diqqətinə çatdırılıb. pizza

Həmin sürücülər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!