İsrail HƏMAS-ın iki komandirini zərərsizləşdirdi 

saytların hazırlanması

Evə çatdırılma

İsrail HƏMAS-ın iki komandirini zərərsizləşdirdi 

Dünya

18 Oktyabr 2023 11:27 272


İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağındakı hədəflərə endirdiyi zərbələr nəticəsində HƏMAS hərəkatının hərbi qanadının iki komandiri öldürülüb. 

Yenisabah.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, zərbələr zamanı Qəzza şəhərinin tank əleyhinə briqadasının komandiri Məhəmməd Avdallah və dəniz qüvvələrinin komandiri Əkrəm Hicazi zərərsizləşdirilib.  Sezar pizza

İsrail ordusunun açıqlamasında deyilir ki, qırıcı təyyarələr son 24 saat ərzində komandanlıq mərkəzlərinə, terrorçuların bir neçə mövqeyinə, raket buraxılış qurğularına və hərbi infrastruktura zərbələr endirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!