İsrail “İslami Cihad”ın liderlərindən birini öldürdü

saytların hazırlanması

Evə çatdırılma

İsrail “İslami Cihad”ın liderlərindən birini öldürdü

Dünya

12 Oktyabr 2023 09:39 312


Fələstinin "İslami Cihad" qruplaşmasının yüksək rütbəli lideri Musa Nasir Qəzza zolağının şimalında öldürülüb. 

Yenisabah.az xəbər verir ki, bu barədə İsrailin "Ynet" portalı yazıb. 

Bildirilir ki, o, İsrailin hücumu nəticəsində ölüb.  pizza hut

Qeyd edək ki, oktyabrın 7-də "İslami Cihad" İsrailə qarşı hücumda HƏMAS hərəkatına qoşulduğunu elan edib. Oktyabrın 9-da qruplar Qəzza zolağında mülki İsrail vətəndaşları və hərbçilər də daxil olmaqla azı 130 nəfəri girov saxladıqlarını bildiriblər. 

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında hərbi əməliyyata başlamaqla cavab verib. İsrail ordusu “İslami Cihad”ın əməliyyat komandanlıq mərkəzinə hücum ediblər. KİV-in məlumatına görə, oktyabrın 11-də HƏMAS-ın hərbi qanadının lideri Məhəmməd Deyfin evinə hücum edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!