İsrail Ukraynaya 2.7 milyon dollarlıq dərman verdi 

saytların hazırlanması

Evə çatdırılma

İsrail Ukraynaya 2.7 milyon dollarlıq dərman verdi 

Dünya

23 Avqust 2023 18:03 439


İsrail Ukraynaya 2.7 milyon dollar dəyərində daha bir dərman partiyası bağışlayıb. 

Yenisabah.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, İsrail Səhiyyə Nazirliyi lazımi miqdarda pul topladıqdan sonra bir neçə ton dərman alıb Ukraynaya göndərib. 

“Biz bu çətin zamanda Ukraynaya kömək etməyə davam edirik, ona görə də Ukrayna tərəfinin xahişi ilə vəsait toplanıb və humanitar yardımın köçürülməsi təşkil olunub. Biz ölkələrimiz arasında gələcək əməkdaşlığı planlaşdırırıq”, - deyə İsrailin Ukraynadakı səfirliyindən bildirilib.  Pepperoni pizza

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!