2023-cü ildə İsrailə gələn repatriantların böyük əksəriyyətini Rusiya əsillilər təşkil edib.
Yenisabah.az xəbər verir ki, bu barədə İsrail Mərkəzi Statistika Bürosu məlumat yayaıb.
2022-ci ildəki 73 minə qarşı 2023-cü ildə təxminən 45 min repatriant İsrailə gəlib. O cümlədən 70,3%-i Rusiyadan, 4,5%-i Ukraynadan, 3,8%-i Belarusdan və 2,1%-i Fransadan. pizza hut
Onun sözlərinə görə, 2023-cü ilin sentyabrından repatriasiya sürətində azalma müşahidə olunur ki, bu da Qəzza zolağında “Dəmir Qılınclar” hərbi əməliyyatı ilə izah olunur.
İsrailin ümumi əhalisi 9,84 milyon nəfərdir ki, bunun da 73 faizi yəhudilər, 21 faizi ərəblərdir.
2023-cü il ərzində İsrailin əhalisi daha 179 min nəfər artıb ki, bu da əhalinin 1,9% artımını göstərir.
Əhalinin 72 faiz artımı təbii artım, 28 faiz isə repatriantların hesabına baş verib. Əhalinin artım tempi 2022-ci illə müqayisədə 2,2% azalıb.
Telegram kanalımız