7 İyul - 02:40
İstanbulda atışma:  Ölən var

İstanbulda atışma: Ölən var

Hadisə

27 May 2022 02:00 663


İstanbulda atışma nəticəsində bir nəfər ölüb.

Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Maltəpə səmtində Aydınlıkevlerdə Semih Tufan Gülaltaya məxsus olduğu iddia edilən iş yerinin qarşısında baş verib.

Şərti adı F.T əvvəlcə orada dayanan avtomobilə, sonra isə iş yerinə atəş açıb.

Məlumata görə, iş yerinin sürücüsü silahlı şəxsə cavab verdikdən sonra qarşıdurma yaşanıb. Hadisə nəticəsində hücum edən şəxs hadisə yerində ölüb.

Sürücü isə polis tərəfindən saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!