İstanbulda sel: Ölənlər var

saytların hazırlanması

Evə çatdırılma

İstanbulda sel: Ölənlər var

Dünya

06 Sentyabr 2023 06:57 595


İstanbulun bəzi rayonlarında yağan güclü yağış səbəbindən yolları su basıb.

Leysan metronun Başakşehir stansiyasının işini iflic edib.

Arnavutköydə çox sayda ev və iş yerinin su basması xəbərilə bağlı bölgəyə çoxlu xilasetmə briqadası cəlb edilib. Digər rayonlardan da bölgəyə yanğınsöndürən maşınlar göndərilib. Dördpendirli pizza

İstanbul valisi Davud Gül sosial media hesabında etdiyi paylaşımda insanları sel və daşqınlara qarşı diqqətli olmağa səsləyib.

İstanbul Valiliyi Başakşehir və Küçükçekmecedə sel sularında iki nəfərin həyatını itirdiyini açıqlayıb. Məlumata görə, təbii fəlakət nəticəsində daha beş nəfər xəsarət alıb. Zərərçəkmişlər təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıblar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!