İstehsal zamanı qida virusa yoluxa bilər
23 Yan 2021 11:04
161

İstehsal zamanı qida virusa yoluxa bilər

“Qida paketləri dondurulmuş olsa belə, uzunmüddətli nəqliyyat daşımaları zamanı koronavirus infeksiyasını özündə saxlaya bilər”. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Wall Street Journal” Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni tövsiyələr layihəsinə istinadən məlumat yayıb.

Layihəyə görə, son tədqiqatlar və hesabatlar virusun donma və soyuq saxlama şəraitində uzun müddət yaşaya biləcəyini və bu halda insanlara keçə biləcəyini təsdiq edir. 

Təlimatlarda istehlakçılar üçün risk minimum qiymətləndirilsə də, vurğulanıb ki, nadir hallarda istehsal zamanı qida virusa yoluxa bilər. Bu halda virus uzunmüddətli nəqliyyat daşımaları zamanı donmuş məhsul olsa belə, qala bilər. (APA)

Qeyd edək ki, ÜST nümayəndələri sözügedən tövsiyənin jurnalın redaksiyasına təsadüfən göndərildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu, tövsiyələrin ilkin layihə versiyasıdır və  təkmilləşdiriləcək. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər