İsti hava nə qədər davam edəcək?   - Rəsmi cavab

saytların hazırlanması

Evə çatdırılma

İsti hava nə qədər davam edəcək? - Rəsmi cavab

Sosial

26 İyun 2021 13:59 1640


“Gözlənildiyi kimi, ölkə ərazisinə cənub, cənub-şərqdən qızmar hava kütlələrinin daxil olması nəticəsində ölkə ərazisində hava şəraiti anomal isti keçir. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 41 dərəcəyədək yüksəlib”.

Yenisabah.az xəbır verir ki, bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, respublikanın Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında 42 dərəcə isti qeydə alınıb: “Yaxın 2 gün ərzində isti hava şəraiti davam edəcək, yüksək temperatur müşahidə olunacaq. Buna görə əhaliyə tövsiyəmiz ondan ibarətdir ki, daha çox kölgəlik yerlərdə olsunlar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!