R'smi Stokholm Ukraynaya 287 milyon dollar məbləğində daha bir və hazırda ən böyük hərbi yardım partiyası ayırır.
Yenisabah.az xəbər verir ki, bunu İsveçin baş naziri Ulf Kristersson bildirib.
O deyib: "Bu, əvvəlki səkkiz yardımdan çox olan ən böyük yardım tranşıdır". pizza hut
Öz növbəsində, İsveçin müdafiə naziri Pal Yonsson hava hücumundan müdafiə qurğusunun hərbi yardım paketinə daxil ediləcəyini bildirib.
Söz düşmüşkən, Ukrayna tərəfinin əvvəllər tələb etdiyi “Archer” özüyeriyən artilleriya qurğuları (AKS) partiyaya daxil olmayıb. Yonsson gələcəkdə İsveçin bu özüyeriyən silahları Ukraynaya tədarük edəcəyini istisna etməyib.
Nazir əmin edib ki, Stokholm Kiyevə hərbi yardımı davam etdirəcək.
Telegram kanalımız