YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
İtkin düşən 11-ci sinif şagirdi tapıldı

İtkin düşən 11-ci sinif şagirdi tapıldı

Hadisə

24 Sentyabr 2022 17:11 1182


Lənkəranda itkin düşən qız tapılıb.

Yenisabah.az xəbər verir ki, 2006-cı ildə anadan olmuş Şahnaz Elşad qızı Hüseynova şəhər ərazisində tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev saytımıza bildirdi ki, həmin yeniyetmənin itkin düşməsi ilə bağlı ötən gün axşam saatlarında polisə müraciət daxil olub:

“Məktəblinin tapılması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilib və bu gün günorta saatlarında tapılaraq ailəsinə təhvil verilib”.

Qeyd edək ki, o, sentyabrın 23-də şagirdi səhər evdən çıxaraq məktəbə gedib və geri qayıtmayıb. Ailə onun tapılması üçün polisə müraciət edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!