Jurnalistə universitetdə vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Jurnalistə universitetdə vəzifə verildi

Sosial

13 Sentyabr 2022 17:43 1053


Azərbaycan Memarlıq və İnşaat Universitetinin PR və Media bölməsinə rəhbər təyin olunub.

Yenisabah.az axşam-a istinadla xəbər verir ki, bununla əlaqədar olaraq, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova əmr imzalayıb.

Əmrə əsasən, Universitetin PR və Media bölməsinə jurnalist Nicat Abdullayev rəhbərlik edəcək. pizza

Qeyd edək ki, N.Abdullayev Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib və bu təyinatına qədər İctimai, eləcə də ARB24 telekanallarında müxbir, redaktor, Azərbaycan Texniki Universitetində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumlarında PR menecer vəzifələrində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!