“Kapital Bank”ın xalis mənfəəti kəskin artdı

saytların hazırlanması

Evə çatdırılma

“Kapital Bank”ın xalis mənfəəti kəskin artdı

İqtisadiyyat

09 Sentyabr 2026 13:02 68


“Kapital Bank” ASC 2026-cı ilin birinci yarısının (30 iyun tarixinə) maliyyə nəticələrini elan edib.

“Yeni Sabah” xəbər verir ki, hesabata əsasən, bankın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 44% artaraq 221.79 milyon manata çatıb. Dövr ərzində bankın faiz gəlirləri 630.74 milyon manat təşkil edib ki, bu da kredit portfelinin genişlənməsi və digər maliyyə institutlarındakı depozitlərin artımı hesabına baş verib. Xüsusilə müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri 519.74 milyon manata yüksəlib.

Bankın qeyri-faiz gəlirlərində də müsbət dinamika qeydə alınıb - haqq və komissiya gəlirlərinin 313.57 milyon manata çatması ilə ümumi qeyri-faiz gəlirləri 341.39 milyon manat olub. Mənfəətliliyin yüksəlməsi nəticəsində bankın əməliyyat mənfəəti ötən ilin eyni dövründəki 234.87 milyon manatdan 330.80 milyon manata, mənfəət vergisindən əvvəlki mənfəəti isə 280.35 milyon manata qədər artıb. pizza

Cəlalə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!