Karantin dövründə qazananlar və itirənlər - Video
19 May 2020 00:29
424

Karantin dövründə qazananlar və itirənlər - Video

Karantin dövründə onlayn alış-verişin həcmi artıb, çatdırılmanın keyfiyyəti yüksəlib və ən əsası sahibkarlar yeni prinsiplərlə işləmə başlayılar. Bir sözlə, bu dövrdə müştəri məhsulun yox, məhsul müştərinin ayağına gətirilib.

Yenisabah.az xəbər verir ki, karantin dövrü onlayn platformanın nə qədər önəmli olduğunu bir daha ortaya qoydu.

Marketoloq Sabit Məmmədov deyib ki, pandemiya səbəbi ilə bütün sektorlarda azalma müşahidə edilib. Bir sıra sahələrdə isə ümumiyyətlə satış etmək mümkün olmayıb.

Marketinq üzrə mütəxəssis Sabit Məmmədov düşünür ki, yaxın bir neçə il ərzində ölkəmizdə onlayn satış daha da güclənəcək, müasir tələblərə cavab verməyən firmalar isə tədricən dövriyyədən çıxacaq.

 

Oxşar xəbərlər