Keçmiş arvadını maşınla vurdu, sonra bıçaqladı – Bakıda kriminal

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş arvadını maşınla vurdu, sonra bıçaqladı – Bakıda kriminal

Kriminal

07 Avqust 2019 07:28 1089


Bakıda kişi əvvəlcə keçmiş həyat yoldaşını avtomobillə vurub, daha sonra onu və anasını bıçaqlayıb.

“Yeni Sabah” xəbər verir ki, Sabunçu RPİ-dən APA-ya verilən məlumata görə, Bakıxanov qəsəbəsində 1977-ci il təvəllüdlü Fədai Atakişiyev idarə etdiyi "Opel" markalı avtomobillə yol kənarında dayanan keçmiş həyat yoldaşı, 1989-cu il təvəllüdlü Ramidə Atakişiyevanı vurub. 

F.Atakişiyev avtomobilindən düşərək əvvəlcə R.Atakişiyevanı bıçaqlayıb. Daha sonra onun anası Narın Ağayevaya da bıçaqla xəsarət yetirib. Marqarita pizza

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. F.Atakişiyev saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!