Ukraynanın keçmiş baş naziri Nikolay Azarov diqqət çəkən açıqlamalar verib.
O, TASS-a açıqlamasında Kiyevin nəzarətində olan ərazilərdə qalan sakinlərin sayının 20 milyona çatdığını iddia edib.
Azarov qeyd edib ki, ölkənin infrastrukturu 50 milyon vətəndaşa xidmət göstərmək üçün nəzərdə tutulub. Onun hökumətə rəhbərlik etdiyi 2010-2014-cü illər arasında Ukraynada 45 milyon insan yaşayıb. Hazırda isə bu rəqəm 20 milyona düşüb. Keçmiş baş nazirin sözlərinə görə, belə azalma infrastrukturun yükünü əhəmiyyətli dərəcədə azaldıb. Sezar pizza
Keçmiş baş nazir onu da vurğulayıb ki, Ukrayna hazırda Sovet dövründə qurulmuş infrastrukturdan istifadəyə davam edir. Bura hazırda xidmət göstəriləndən daha çox əhaliyə xidmət təklif etmək üçün nəzərdə tutulmuş enerji qurğuları da daxildir.
"Ukraynanın enerji sektorundan danışsaq, bu, son dərəcə etibarlı şəkildə qurulmuş və resursların manevr qabiliyyətinə imkan verən Sovet dövründən qalma bir sistemdir",- keçmiş baş nazir deyib.
O, qeyd edib ki, məhz bu amilin sayəsində ölkənin enerji sistemi hələ də dayanıqlıdır.(Publika.az)
Telegram kanalımız