Keçmiş baş nazirə mitinqdə hücum olundu

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş baş nazirə mitinqdə hücum olundu

Dünya

02 Sentyabr 2025 00:51 362


Çexiyanın keçmiş baş naziri Andrey Babiş rəhbərlik etdiyi müxalif siyasi hərəkat NVF-nin (Narazı Vətəndaşların Fəaliyyəti) seçkiqabağı mitinqində hücuma məruz qalıb.

"Report" xəbər verir ki, bu barədə partiyanın mətbuat katibi Martin Vodiçkaya istinadən ČTK agentliyi məlumat yayıb.

"Andrey Babiş seçkiqabağı mitinq zamanı hücuma məruz qalıb. Kimsə onun başına arxadan metal əşya ilə zərbə endirib. Bundan sonra o, tibbi yardım üçün xəstəxanaya gedib", - mətbuat katibi bildirib. Dominos pizza

"Novinki" xəbər portalı da öz növbəsində aydınlaşdırıb ki, hadisə Çexiyanın şimal-şərqindəki Dobra kəndində baş verib.

Partiyanın deputatı Aleş Juxelka bildirib ki, Babiş Fridek-Mistekdəki xəstəxanadadır.

Juxelka təsdiqləyib ki, keçmiş baş nazirin başına bir neçə dəfə dəyənəklə zərbələr endirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!