Keçmiş icra başçısına daha bir zərbə

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş icra başçısına daha bir zərbə

Xalqın səsi

31 İyul 2019 14:32 1480


Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Əvəz İsmayılov vəzifəsindən azad edilib. 

“Yeni Sabah” Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Xətai rayon İcra başçısı vəzifəsini əvəz edən, (rəsmi müavin) Rafiq Quluyev əmr imzalayıb. Ə.İsmayılovun yerinə isə, qurumun baş mühəndisi Babayev Sahib  Xudaverdi oğlu müvəqqəti olaraq təyin olunub.

Xəbəri Xətai rayon İcra Hakimiyyətindən  təsdiqləyiblər. pizza sifarişi

Qeyd edək, Ə.İsmayılov Xətai rayon İcra Hakimiyyətinin keçmiş başçısı Razim Məmmədovun xalası oğludur.

Xatırladaq ki, bundan əvvəl Razim Məmmədovun əmisi oğlu, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədov da Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sözügedən cinayət işində Əvəz İsmayılovun da adı hallanır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!