Keçmiş icra başçısının meşədə gizlətdiyi mülk üzə çıxdı -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş icra başçısının meşədə gizlətdiyi mülk üzə çıxdı - Fotolar

Rəsmi

08 İyun 2019 19:39 3142


Salyanın keçmiş icra başçısı Tahir Kərimovun Qusar rayonunda milyonluq biznes əmlakı ortaya çıxıb. 

Bu barədə Qusar rayon sakinləri məlumat veriblər. Məlumata görə, Qusarın Qayakənd ərazisində yerləşən və hektarlarla meşə sahəsi olan "Alpine Qusar Hotel&Resort" adlanan istirahət mərkəzi Tahir Kərimova məxsusdur. Sözügedən istirahət mərkəzi Qusarın ən səfalı və bahalı ərazisində - Qusar çayının sahilində yerləşir. 

Sabiq icra başçısı özü də tez-tez burada istirahət edir. Hazırda sözügedən obyekt Tahir Kərimovun qohumları tərəfindən idarə olunur.  Dördpendirli pizza

Məsələ ilə bağlı münasibətini öyrənmək üçün Tahir Kərimovun telefon nömrələrinə zəng etsək də, onunla əlaqə saxlamaq cəhdlərimiz alınmayıb.

Demokrat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!