Kəlbəcərdə ağır qəza: Hərbçimiz yaralandı,  ölən var

Kəlbəcərdə ağır qəza: Hərbçimiz yaralandı, ölən var

Hadisə

01 Fevral 2023 08:35 728


Fevralın 1-də Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qılınclı kəndi ərazisində “Niva” markalı avtomobilin idarəetməni itirərək Tərtər çayına aşması barədə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. 

Avtomobildə olan 3 nəfər çıxarılıb. İki mülki vətəndaş və bir hərbçinin olduğu avtomobildə hərbçi və digər sərnişin F.Hüseynova xəsarəti alsa da, sürücü, 1981-ci il təvəllüdlü Nurlan Babayev ölüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!