Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi yeni vəzifə alacaq və ABŞ prezidentinin köməkçisi vəzifəsinə yüksələcək.
Yenisabah.az AP-yə istinadla xəbər verir ki, yeni vəzifəyə baxmayaraq, Kirbi Ağ Evdə jurnalistlər üçün müntəzəm brifinqlərdə çıxış etməyə davam edəcək.
2021-ci ilin yanvar ayından Pentaqonun mətbuat katibi vəzifəsində çalışan Kirbi 2022-ci ilin mayında Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru təyin edilib. O, 2015-2017-ci illərdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri vəzifəsində də çalışıb. Dördpendirli pizza
Telegram kanalımız