Köhnə təkərlərdən ev tikdilər – Nəticə təəccübləndirdi + FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Köhnə təkərlərdən ev tikdilər – Nəticə təəccübləndirdi + FOTOLAR

Maraqlı

17 Sentyabr 2026 13:15 115


Yeni Zelandiyada bir cütlük adi ev tikmək əvəzinə köhnə təkərlərdən istifadə edərək fərqli yaşayış evi qurub.

“Yeni Sabah” xəbər verir ki, Koromandel yarımadasında yaşayan Qus Anninq və Sara Rouv  ev tikmək qərarına gəldikdən sonra ənənəvi tikinti üsullarından imtina ediblər.

Cütlük əvvəlcə hazır ev variantını nəzərdən keçirib. Lakin bu seçimin onların təbiətə uyğun və ekoloji yaşayışla bağlı gözləntilərinə cavab vermədiyini düşünüblər. Daha sonra onlar tullantı və təkrar istifadə olunan materiallardan ev tikməyə imkan verən “Earthship” adlı üsulu araşdırmağa başlayıblar. Cütlüyün qarşılaşdığı əsas çətinliklərdən biri kifayət qədər işlənmiş təkər tapmaq olub. Onlar təxminən 6 ay ərzində müxtəlif ölçülü köhnə təkərlər toplayıblar. Nəticədə 1100 təkər evin tikintisində istifadə olunub. pizza hut

Təkərlərin hər biri torpaqla doldurulub və möhkəm şəkildə sıxılıb. Daha sonra onlar bir-birinin üzərinə düzülərək evin qalın divarlarını yaradıb. Beləliklə, adi halda tullantı sayılan təkərlər evin divarlarının əsas hissələrindən birinə çevrilib.

Torpaqla doldurulmuş qalın təkər divarları gün ərzində istiliyi özündə saxlayır, daha sonra isə onu tədricən buraxır. Bu xüsusiyyət evin daxilində temperaturun daha sabit qalmasına kömək edir. Nəticədə isitmə və soyutma sistemlərinə olan ehtiyacın azalması nəzərdə tutulub.

Evin bir hissəsi yamaca söykənəcək şəkildə qurulub. Böyük şüşə səthlər isə günəş işığından daha çox istifadə etmək üçün yerləşdirilib.

1100 təkərin torpaqla doldurulması və divarlara düzülməsi böyük əmək tələb edib. Bu səbəbdən cütlük tikinti prosesini alternativ tikinti üsullarının öyrənildiyi bir layihəyə də çevirib. Layihədə iştirak edənlər torpağın sıxılması, gil və digər materiallardan istifadə, divarların hazırlanması və tullantıların tikintidə qiymətləndirilməsi üsullarını praktiki şəkildə öyrəniblər.

Məlumata görə, layihənin müxtəlif mərhələlərində 100-dən çox insan iştirak edib. “Te Timatanga” adlandırılan evdə təkərlərlə yanaşı, şüşə butulkalar, köhnə kərpiclər və midyə qabıqları da istifadə edilib. Ev günəş enerjisi və suyun təkrar istifadəsi sistemləri ilə də təchiz olunub.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!