Komitə sədri mərhum jurnalistin ailə üzvləri ilə görüşdü -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Komitə sədri mərhum jurnalistin ailə üzvləri ilə görüşdü - Fotolar

Sosial

08 Yanvar 2021 13:08 783


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva hərbi jurnalist, “Azeri Defence” jurnalının təsisçisi və baş redaktoru, mərhum Rəşad Süleymanovun xanımı Zümrüd Süleymanova ilə görüşüb, qayğıları ilə maraqlanıb.

Yenisabah.az-ın məlumatına görə, Q.Paşayeva qeyd deyib ki, Rəşad Süleymanovun və onun həmkarlarının sayəsində Ermənistanın işğalçılıq siyasəti, həmvətənlərimizə qarşı törədilmiş vəhşiliklər, bir sözlə, Azərbaycan həqiqətləri tirajlanıb, Azərbaycana yeni dostlar qazandırılıb:

"Özəlliklə, 44 günlük Vətən Müharibəsi dövründə “Azeri Defence” jurnalının, “azeridefence.com” saytının təqdirəlayiq fəaliyyətini qeyd etməliyik. Ümidvarıq ki, jurnal və sayt öz fəaliyyətini bundan sonra da davam etdirəcək. Sizi, bütün doğmalarınızı düşmən üzərində tarixi qələbə münasibəti ilə təbrik edir, yeni təqvim ili münasibəti ilə ən xoş diləklərimi yetirirəm!" Marqarita pizza

Z.Süleymanova səmimi qəbul üçün Komitə sədrinə təşəkkür edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!