Koronavirus xəstələri işə gedərkən tutuldular    - Video

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus xəstələri işə gedərkən tutuldular  - Video

Sosial

13 Dekabr 2021 17:19 602


Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Novxanı və Saray qəsəbələrində keçirilən profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstələri ictimai yerdə aşkar edilərək saxlanılıb. 

Daxili İşlər Nazirliyindən (DİN) Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşları “COVID-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadıqları evi tərk etmiş İlqar Hacıyevlə Sənan Adıgözəlov işə getmək istərkən aşkar ediliblər.

Həmin şəxslərlə izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə onlar, yaşadıqları evə qaytarılıblar və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. pizza mizza

İ.Hacıyev və S.Adıgözəlov barəsində Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!