Koronavirusdan ölüm halları kişilər arasında daha çoxdur

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusdan ölüm halları kişilər arasında daha çoxdur

Sosial

11 Aprel 2021 12:49 808


“Statistikaya əsasən, koronavirusa yoluxma kişilər arasında qadınlara nisbətən daha ağır keçir”. Yenisabah.az xəbər verir ki, bunu tanınmış həkim, professor Adil Qeybulla deyib.

Professor bildirib ki, bunun özünəməxsus səbəbləri var: “Kişilər arasında ölüm halları çox olur və onlar xəstəliyi də ağır keçirirlər. Kişilərdə yuxarı tənəffüs yollarının zədələnməsinə daha çox rast gəlinir. Bu, genetik və hormonal faktorlarla bağlı ola bilər. Bunun dəqiq bir izahı yoxdur. Hazırda çalışmalar davam etdirilir və aparılan araşdırmalar bir nəticə verəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!