Külək olacaq: Çimərliklərlə bağlı xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Külək olacaq: Çimərliklərlə bağlı xəbərdarlıq

Sosial

23 İyul 2022 11:41 1331


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə  yağış yağacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 21-24° isti, gündüz 30-32°  isti, Bakıda gecə 22-24° isti, gündüz  30-32° isti olacaq.  Atmosfer təzyiqi  757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  70-75  % olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti      Marqarita pizza

Şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur.

Dəniz suyunun temperaturu:  

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz  16-20° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!